Əsas məzmuna keç

“Vulverhempton” meksikalı hücumçu ilə müqavilə imzalayıb

“Vulverhempton” meksikalı hücumçu ilə müqavilə imzalayıb

Meksikalı forvard Raul Ximenes karyerasını yenidən İngiltərə klubunda davam etdirəcək.

ru en

Meksikalı karyerasının növbəti mərhələsini İngiltərənin "" klubunda keçirəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 35 yaşlı futbolçu "canavarlar" ilə rəsmi müqavilə imzalayıb.

Klubun mətbuat xidmətindən verilən məlumata görə, tərəflər arasında imzalanan müqavilə iki il müddətinə nəzərdə tutulub.

Razılaşmaya əsasən, müqavilənin müddəti daha bir mövsüm uzadıla bilər.

Qeyd edək ki, Ximenes üçün bu, "Vulverhempton"a ilk keçid deyil. O, 2018-2023-cü illər aralığında da bu komandanın şərəfini qoruyub.

Təcrübəli sözügedən dövrdə meydana 166 qarşılaşmada 57 dəfə rəqib qapılarına yol tapmağı bacarıb.

Xatırladaq ki, ötən mövsüm İngiltərə Premyer Liqasında uğursuz çıxış edən "Vulverhempton" cəmi 20 xal toplayaraq turnir cədvəlini sonuncu pillədə başa vurub. Komanda yeni mövsümdə mübarizəni Çempionşipdə davam etdirəcək.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…