Serbiya Prezidenti Aleksandr Vuçiç Macarıstanın Baş naziri Viktor Orbanla telefon danışığı aparıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, onlar Yaxın Şərqdəki böhran fonunda iki ölkənin enerji təhlükəsizliyini müzakirə edib.
Vuçiç bildirib ki, Macarıstanın Baş naziri Viktor Orbanla vacib söhbət apardıq:
"Bu gün Avropada və dünyada enerji təhlükəsizliyi baxımından ən çətin günlərdən biridir və Baş nazir Orbanla birlikdə müxtəlif enerji sektorlarındakı böhranı birgə aradan qaldırmaq üçün bütün variantları araşdırdım. Serbiya prezidentinin qeyd etdiyi kimi, hər iki ölkə Belqrad və Budapeşt üçün regionda sülh və sabitliyin ən böyük maraq və əhəmiyyət kəsb etdiyinə inanır".