Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Kallas: ABŞ-nin İrandakı məqsədləri və planı aydın deyil

2 dəq
Paylaş:
Kallas: ABŞ-nin İrandakı məqsədləri və planı aydın deyil

"Avropa İttifaqı (Aİ) ABŞ-nin İrandakı məqsədlərini anlamır və güc tətbiqi üçün əsasın olmadığını hesab edir".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Aİ-nin siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.

“Konkret olaraq əməliyyatın Hörmüz boğazına qədər genişləndirilməsi istəyi olub-olmaması müzakirə olunurdu. Belə bir istək yox idi, çünki nazirlər bildirirdilər ki, onlarla məsləhətləşmə aparılmayıb. Bəziləri hətta tərəfləri bu müharibəyə başlamamağa razı salmağa çalışdıqlarını deyirdilər və biz bu müharibənin məqsədlərinin nə olduğunu bilmirik. Həmçinin hüquqda güc tətbiqi üçün hüquqi əsas mövcud deyil”, - Kallas bildirib.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Çin, Fransa, Yaponiya, , Böyük Britaniya və digər ölkələri gəmiçiliyi bərpa etmək üçün Hörmüz boğazına gəmilər göndərməyə çağırmışdı.

Almaniya və Fransa artıq Trampın bu çağırışını rədd edib.

Öz növbəsində, Kaja Kallas qeyd edib ki, Aİ ölkələri Hörmüz boğazına öz gəmilərini göndərməyə hazır deyil.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax