Operativ Məlumat Mərkəzi

Volqoqrad Neftayırma Zavoduna dron hücumu olub

1 dəq
Paylaş:
Volqoqrad Neftayırma Zavoduna dron hücumu olub

Rusiyanın Volqoqrad Neftayırma Zavoduna dron hücumu nəticəsində yanğın baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Volqoqrad quberniyasının mətbuat xidməti bildirib.

“PUA-nın Volqoqrad Neftayırma Zavodu ərazisinə düşməsi ilə detonasiyası nəticəsində alışma baş verib. Yanğınsöndürmə-xilasetmə qüvvələri çevik şəkildə işə başlayıblar – yanğın söndürülüb. İtki yoxdur”, – şəhər administrasiyasının teleqram kanalı qubernator Andrey Boçarovdan sitat gətirib.

Onun sözlərinə görə, ötən gecə hava hücumundan müdafiə qüvvələri Volqoqrad ərazisinə PUA hücumunu dəf edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər