Vilayət Eyvazov sıra baxışı keçirdi

Vilayət Eyvazov sıra baxışı keçirdi
01.08.2024 12:11
Aa
dəq

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov avqustun 1-də respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə nazirlikdən məlumat verilib.

Bildirilib ki, sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 122 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 15 nəfəri Vətən müharibəsi iştirakçısıdır.

Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

Həftənin ən çox oxunanları