Əsas məzmuna keç

Polis səkilərdə avtomobillərin parklanması ilə bağlı çağırış edib - VİDEO

Polis səkilərdə avtomobillərin parklanması ilə bağlı çağırış edib - VİDEO

Piyada səkilərində nəqliyyat vasitələrinin saxlanılması halları ilə bağlı polisə edilən müraciətlər əsasında profilaktik tədbirlər davam etdirilir....

Piyada səkilərində vasitələrinin saxlanılması halları ilə bağlı polisə edilən müraciətlər əsasında tədbirlər davam etdirilir.

DİN-in Mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, növbəti tədbir zamanı paytaxtın Yasamal rayonunda piyada səkilərində avtomobilləri park edən sürücülərlə maarifləndirici söhbətlər aparılıb.

Qeyd edilib ki, səkilərdə maşınların saxlanılması piyadaların yolun hərəkət hissəsinə çıxmasına səbəb olur. Bu isə onların həyat və sağlamlığını real təhlükə altında qoyur.

"Bir daha sürücülərin diqqətinə ki, dayanma-durma və parklanma tələbləri ilə bağlı qanunlara düzgün əməl edilməlidir. Piyada səkilərində avtomobillərin saxlanılması qanun pozuntusu olmaqla bərabər sürücü intizamsızlığı kimi də qiymətləndirilir", məlumatda deyilir.

Qeyd olunub ki, əməkdaşları tərəfindən paytaxt ərazisində analoji tədbirlər davam etdiriləcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…