Əsas məzmuna keç

Azərbaycan və Litva hərbi polis qurumları arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Azərbaycan və Litva hərbi polis qurumları arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Müdafiə Nazirliyinin nümayəndə heyəti Litvaya səfər çərçivəsində hərbi polis xidmətinin təşkili və təcrübə mübadiləsi ilə bağlı görüşlər keçirib.

en ru

və arasında ikitərəfli əlaqələrin inkişaf proqramına əsasən, Müdafiə Nazirliyinin Hərbi İdarəsinin Vilnüs şəhərinə səfər edib. Müdafiə Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi rəisinin müavini – Hərbi Polis İdarəsinin rəisi general-mayor Elgün Əliyevin rəhbərlik etdiyi heyət Litva Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində olub.

Ziyarət zamanı nümayəndə heyəti hərbi polis xidmətinin təşkili, idarəetmə mexanizmləri və gündəlik fəaliyyət xüsusiyyətləri ilə yaxından tanış olub. Litva tərəfi qonaqlara hərbi polisin və müharibə dövründəki vəzifələri, eləcə də NATO çərçivəsindəki fəaliyyətləri barədə ətraflı brifinqlər təqdim edib.

Görüşlərdə tərəflər hərbi polis sahəsində əməkdaşlığın hazırkı vəziyyətini və inkişaf imkanlarını nəzərdən keçiriblər. Xüsusilə aşağıdakı məsələlər vurğulanıb:

  • Şəxsi heyətin peşəkar hazırlığının yüksəldilməsi;
  • Birgə fəaliyyət imkanlarının genişləndirilməsi;
  • Qarşılıqlı təcrübə mübadiləsinin intensivləşdirilməsi.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…