Əsas məzmuna keç

Vətəndaşları ucuz qiymətə tur paketlər adı altında aldadan şəxs saxlanılıb

Vətəndaşları ucuz qiymətə tur paketlər adı altında aldadan şəxs saxlanılıb

Vətəndaşları ucuz qiymətə tur paketlər adı altında aldadan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Operativ Məlumat...

Vətəndaşları qiymətə tur paketlər adı altında aldadan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Suraxanı Rayon İdarəsinin 32-ci Polis Bölməsinə naməlum şəxsin çoxsaylı vətəndaşları ölkə daxilində aşağı qiymətə tur paketlərin satışını təşkil edəcəyi adı altında aldadaraq onların pul vəsaitlərini ələ keçirdiyi barədə məlumatlar daxil olub.

Keçirilən əməliyyat tədbiri nəticəsində müəyyən olunub ki, qanunsuz əməl 1994-cü il təvəllüdlü rayon sakini Elmin Dadaşov tərəfindən törədilib. O, saxlanılaraq istintaqa təqdim edilib.

E.Dadaşov sosial şəbəkələrdə turizm şirkəti səhifəsi yaradaraq zərərçəkənlərin pul vəsaitlərini onlayn yolla əldə edib və sonradan ələ keçirdiyi pul vəsaitərini ödəniş sistemləri vasitəsi ilə nağdlaşdırıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

E.Dadaşovun əməllərindən zərərçəkən şəxslər bu barədə polis orqanlarına müaciət edə bilərlər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…