vətəndaşlara 30 min manatdan artıq ziyan vuran şəxs saxlanılıb

vətəndaşlara 30 min manatdan artıq ziyan vuran şəxs saxlanılıb
16.12.2023 12:23
Aa
dəq

Qubada vətəndaşların etibarından sui-istifadə edərək onlara otuz min manatdan artıq ziyan vuran şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı müvəqqəti olaraq Quba rayonunda yaşayan Cəfər Məmmədov saxlanılıb.

C.Məmmədov 25-dən artıq şəxsə problemlərinin həllinə dair səlahiyyəti olmadığı halda vədlər verərək onların ümumilikdə 30980 (otuz min doqquz yüz səksən) manat pulunu ələ keçirib. Həmin şəxs ifadəsində etdiyi dələduzluq əməllərini səmimi etiraf edib.

O, həmçinin bir neçə xanıma onlarla evlənəcəyinə dair vədlər verib, həmin şəxslərin və onların ailə üzvlərinin adına bankdan kredit götürərək də dələduzluq edib.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Cəfər Məmmədovun barəsində həbs qətimkan tədbiri seçilib.

Həftənin ən çox oxunanları

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib
DAVAMIN OXU davamın oxu

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Şəmkirdə qanunsuz tikililər sökülüb

Şəmkirdə qanunsuz tikililər sökülüb
DAVAMIN OXU davamın oxu

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Göygöldə ikimərtəbəli evdə yanğın olub

Göygöldə ikimərtəbəli evdə yanğın olub
DAVAMIN OXU davamın oxu