Əsas məzmuna keç

Vəkillər Kollegiyasının vəsaiti hesabına vətəndaşlara pulsuz hüquqi yardım göstəriləcək

Vəkillər Kollegiyasının vəsaiti hesabına vətəndaşlara pulsuz hüquqi yardım göstəriləcək

Vəkillər Kollegiyası sosial layihə çərçivəsində əhaliyə ödənişsiz xidmət göstərəcək. Hüquqi dəstək almaq istəyən şəxslər üçün müraciət qaydaları açıqlanıb.

en ru

OMM Bot · bu xəbərdə 3 əsas fakt

  • “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsi Milli Məclisin komitəsində bu gün müzakirəyə çıxarılıb.
  • Yaşayış minimumundan aşağı gəliri olan aztəminatlılar və sadalanan həssas qruplar pulsuz peşəkar hüquqi yardım alacaq.
  • Cinayət, mülki və inzibati işlərdə şəxslərə yardım dövlət büdcəsindən göstəriləcək; beynəlxalq təşkilatlarda müdafiə əhatə olunmayacaq.

Faktları süni intellekt bu xəbərin öz mətnindən seçib.

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Vəkillər Kollegiyasına ayrılmış vəsait hesabına vətəndaşlara pulsuz hüquqi yardım göstəriləcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu haqda yeni hazırlanmış "Pulsuz hüquqi yardım haqqında" qanunun layihəsində öz əksini tapıb.

Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Sənədə əsasən, hüquqi yardıma ehtiyacı olan, lakin göstərilən yardıma görə xidmət haqqını və digər xərcləri ödəmək üçün kifayət qədər olmayan (maddi vəziyyəti və orta aylıq gəliri cari il üçün yaşayış minimumundan aşağı olan) aztəminatlı şəxslər pulsuz hüquqi yardım alacaqlar.

Həmin şəxslər:

- ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;

- əlilliyi olan işləməyən şəxslər;

- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyatda olan şəxslərdir.

Hüquqi yardıma ehtiyacı olan digər şəxslər sırasında şəhid ailələrinin üzvləri, müharibə veteranları, insan alverinin qurbanları, məişət zorakılığından zərər çəkmiş şəxslər də yer alır.

Bununla bərabər, "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında" qanuna uyğun olaraq korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslər, yetkinlik yaşına çatmayan şəxslər, qaçqın statusu almış şəxslər, tərəfindən siyasi sığınacaq verilmiş şəxslər, valideyn himayəsindən məhrum olmuş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər, cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslər (cəzaçəkmə müəssisəsindən azad edildiyi gündən 1 il müddətinə), üzərində probasiya nəzarəti həyata keçirilən şəxslər də pulsuz hüquqi yardımla təmin olunacaqlar.

Layihədə qeyd edilib ki, peşəkar hüquqi yardımı ödəmək üçün kifayət qədər vəsaiti olmayan cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə müdafiəçi tərəfindən, xüsusi ittihamçıya onun nümayəndəsi tərəfindən, insan alveri qurbanına, cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşağa, məişət zorakılığından zərər çəkmiş şəxsə tərəfindən, habelə ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış şəxsə (zərər çəkmiş şəxsin yaxın qohumu və ya digər qohumu) vəkil tərəfindən Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına peşəkar hüquqi yardım göstəriləcək.

Sənəddə vurğulanıb ki, Mülki Məcəlləsi ilə müəyyən edilmiş şəxslərə, habelə inzibati mübahisələrə dair işlər üzrə məhkəmədə təmsil edilməsi ilə əlaqədar şəxslərə həmin Məcəlləyə və Azərbaycan İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına peşəkar hüquqi yardım göstəriləcək.

İnzibati qaydada tutulmuş şəxslərə, habelə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxslərə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına peşəkar hüquqi yardım göstəriləcək.

Hüquq və azadlıqlarının pozulması ilə bağlı şikayət vermiş ərizəçiyə Konstitusiya Məhkəməsində təmsil edilməsi ilə əlaqədar bu Qanuna, "Konstitusiya Məhkəməsi haqqında" və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunlarına uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına peşəkar hüquqi yardım göstəriləcək.

Pulsuz hüquqi yardım vətəndaşların beynəlxalq təşkilatlarda, onların nümayəndəliklərində, habelə diplomatik nümayəndəlikləri və konsulluqlarında hüquqlarının müdafiəsi ilə bağlı işlərin görülməsinə şamil edilməyəcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…