Fransa Prezidenti Emmanuel Makronun Suriyaya rəsmi səfəri zamanı yerləşdiyi otelin yaxınlığında partlayışlar baş verib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, “Reuters” agentliyi hadisə barədə təhlükəsizlik xidmətindəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Dəməşqin mərkəzində, Fransa liderinin qaldığı otelin yaxınlığında bir neçə partlayış səsi eşidilib. Hadisədən sonra ərazidən tüstünün qalxdığı müşahidə olunub. Təhlükəsizlik qüvvələri dərhal əraziyə cəlb edilib, yaxınlıqdakı yollar bağlanıb və əlavə mühafizə tədbirləri həyata keçirilib.
Makronun administrasiyası insidentlə bağlı açıqlama yayaraq bildirib ki, Fransa Prezidenti Suriya lideri Əhməd əş-Şaraa ilə görüşə gedərkən partlayış səslərini eşitməyib və hadisədən təsirlənməyib.
Qeyd edək ki, Emmanuel Makron 2024-cü ilin dekabrında Suriyada baş verən hakimiyyət dəyişikliyindən sonra bu ölkəyə səfər edən ilk Avropa İttifaqı ölkəsinin rəhbəri olub.