Fransa Prezidenti Emmanuel Makron Avropanın Rusiya ilə ortaq maraq doğuran məsələlər üzrə dialoqun qurulmasında maraqlı olduğunu bildirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə o, Monteneqroda keçirilən Aİ–Qərbi Balkan sammitinə qatıldıqdan sonra jurnalistlərə açıqlamasında deyib.
Makron qeyd edib ki, Avropa İttifaqı Rusiya ilə təhlükəsizlik siyasəti, mehriban qonşuluq münasibətləri və Ukraynanın maraqlarının qorunması da daxil olmaqla bir sıra ümumi məsələlər üzrə müzakirələrin aparılmasını vacib hesab edir.
“Biz Rusiya ilə ortaq maraqlarımıza aid məsələlər üzrə dialoqun qurulmasında maraqlıyıq”, – deyə Fransa prezidenti vurğulayıb.