Rusiyanın “Vaqner” muzdlu dəstəsinin lideri Yevgeni Priqojin Ukrayna hakimiyyətinə rus qoşunlarına aid kəşfiyyat məlumatlarını satmağı təklif edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, belə bir iddia ilə "The Washington Post" qəzeti çıxış edib.
Belə ki, əldə olunan məxfi sənədlərə görə, Yevgeni Priqojin kəşfiyyat məlumatları qarşılığında Baxmutdan itki vermədən geri çəkilmələrini təklif edib.
Ukrayna rəsmiləri tərəflər arasında görüşün olduğunu təstiqləyiblər, lakin təklif qəbul edilməyib.