Türkiyə Respublikasının Van vilayətinin Çaldıran rayonunda hüquq-mühafizə organları tərəfindən keçirilən uğurlu əməliyyat zamanı Roma imperiyası dövrünə aid olduğu ehtimal edilən 529 ədəd qədim sikkə aşkarlanaraq müsadirə olunub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, əməliyyat-axtarış tədbirləri Çaldıran Respublika Baş Prokurorluğunun koordinasiyası ilə Vilayət Jandarm Komandanlığının qüvvələri tərəfindən həyata keçirilib. Jandarm əməkdaşları rayonun Burçakalan məhəlləsində mədəniyyət və tarix abidələrinin, qədim əşyaların qanunsuz dövriyyəsi və qaçaqmalçılığı barədə daxil olmuş əməliyyat məlumatını operativ şəkildə dəyərləndiriblər.
Müəyyən edilmiş ünvanda aparılan axtarış nəticəsində 529 ədəd antik sikkə ilə yanaşı, qanunsuz arxeoloji qazıntılarda istifadə edilən 3 ədəd metal detektor götürülüb.
Ələ keçirilən tarixi-mədəni rekvizitlər ekspertiza və elmi tədqiqatların aparılması məqsədilə Van Muzey Müdirliyinə təhvil verilib. Faktla bağlı K.B. rekvizitli şəxs barəsində müvafiq cinayət-hüquqi prosedur və istintaq tədbirlərinə başlanılıb.