Əsas məzmuna keç

Azərbaycan və Kamboca işçi qrupu yaradıb

Azərbaycan və Kamboca işçi qrupu yaradıb

İqtisadi əməkdaşlığı gücləndirmək məqsədilə rəsmi Bakı və Pnompen arasında yeni format razılaşdırıldı. İkitərəfli ticarət əlaqələrində hansı addımlar atılacaq?

en ru

və Kamboca işçi qrupu yaradıb.

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, bunu İlham Əliyev Bakıda Kamboca Hun Manetlə mətbuat üçün birgə bəyanatla çıxış edərkən deyib.

qeyd edib ki, Azərbaycan və Kamboca yaxşı tərəfdaşlardır.

"Biz beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edir və bir-birimizi dəstəkləyirik. İkitərəfli münasibətlərə gəldikdə, biz həmçinin əlaqələri intensivləşdirmək barədə razılığa gəldik. Bizdə çox yaxşı siyasi münasibətlər formalaşıb və biz BMT, Qoşulmama Hərəkatı, həmçinin AQEM çərçivəsində fəal qarşılıqlı əməkdaşlıq edirik", - bildirib.

Onun sözlərinə görə, tərəflər həmçinin ticarətin genişləndirilməsi və investisiyaların cəlb edilməsi imkanlarını müzakirə ediblər.

"Şübhəsiz, biz ticarət və investisiyaların inkişafı üçün nə edilə biləcəyini müəyyən etməliyik. Biz bu imkanları ətraflı müzakirə etdik və ticarət-iqtisadi və investisiya əməkdaşlığının praktiki aspektlərinə diqqət yetirəcək birgə işçi qrupunun yaradılması barədə razılığa gəldik", - İlham Əliyev qeyd edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…