Son illər Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı əlaqələri əhəmiyyətli dərəcədə genişlənib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxış edərkən bəyan edib.
Siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan dövlət başçısı ali səviyyədə qarşılıqlı səfərlərin müntəzəm xarakter aldığını qeyd edib.
"Ticari-iqtisadi əməkdaşlıq möhkəmlənir, qarşılıqlı investisiyalar artır, birgə layihələr həyata keçirilir", - prezident bildirib.