Əsas məzmuna keç

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Kamboca Krallığının Baş naziri Hun Manet Azərbaycan paytaxtında rəsmi şəxslər tərəfindən qarşılandı. İki ölkə arasında əməkdaşlıq perspektivləri müzakirə olunur.

en ru

Kamboca Krallığının Hun Manetin oktyabrın 12-də Bakıda rəsmi qarşılanma mərasimi olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Kamboca Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İlham Əliyev Kambocanın Baş naziri Hun Maneti qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Kambocanın Baş nazirinə raport verdi.

Kamboca Krallığının və Respublikasının Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Kambocanın Baş naziri Hun Manetin qarşısından keçdi.

Azərbaycan nümayəndə heyətinin üzvləri Hun Manetə, Kamboca nümayəndə heyətinin üzvləri isə İlham Əliyevə təqdim olundu.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…