Əsas məzmuna keç

Vahid xəzinə hesabının sərbəst qalığının xərclənməsi yolları müəyyən edilib

Vahid xəzinə hesabının sərbəst qalığının xərclənməsi yolları müəyyən edilib

Nazirlər Kabineti büdcə kəsiri və Təminat Fondunun maliyyələşməsi üçün yeni qaydalar təsdiqlədi. Əli Əsədovun imzaladığı qərarda hansı mühüm dəyişikliklər var?

en ru

"Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"nın təsdiq edilməsi haqqında 24 may 2004-cü il tarixli qərarında dəyişiklik edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı yeni qərar imzalayıb.

Qərara əsasən, vahid xəzinə hesabının qalığı dövlət büdcəsi kəsirinin və onun daxilində aşağıdakı xərclərin (fərqin)

maliyyələşdirilməsinə yönədiləcək:

- Ölkə Prezidenti tərəfindən təsdiq edilmiş qaydada şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsində nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin müəyyən hissəsi hesabına yerli icra hakimiyyəti orqanlarının büdcədənkənar xərcləri;

- Dövlət Əməyin Mühafizəsi Fondunun ilin sonuna qalan istifadə olunmamış vəsaiti hesabına onların xərcləri (hər il üçün təsdiq olunan dövlət büdcəsi haqqında qanuna uyğun olaraq proqnozlaşdırılan gəlirlərin məbləği proqnozlaşdırılan xərclərin məbləğindən, habelə faktiki daxilolmalarının məbləği xərclərin məbləğindən az olduqda);

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışından əldə olunan və ilin sonuna qalan xərclənməmiş vəsait hesabına ölkə Prezidentinin müəyyən etdiyi qaydaya uyğun olaraq xərcləri (hər il üçün təsdiq olunan dövlət büdcəsi haqqında

qanuna uyğun olaraq proqnozlaşdırılan gəlirlərin məbləği proqnozlaşdırılan xərclərin məbləğindən, habelə faktiki daxilolmalarının məbləği xərclərin məbləğindən az olduqda).

- Maliyyə Nazirliyi tərəfindən ölkə Prezidenti ilə razılaşdırılmış məbləğdə Dövlət borcu və zəmanəti üzrə Təminat Fondunun vəsaitlərinin artırılması.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…