Əsas məzmuna keç

Vadeful Ceyhun Bayramova zəng vurub

Vadeful Ceyhun Bayramova zəng vurub

Almaniya XİN rəhbəri Yohan David Vadeful ilə telefon söhbətində Yaxın Şərqdəki gərginlik, İranın hücumları və təxliyə məsələləri müzakirə edilib. Detallar burada:

en ru

Federativ Respublikasının naziri Yohan David Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə XİN-dən məlumat verilib.

Tərəflər regionda mövcud təhlükəsizlik vəziyyətini və Yaxın Şərqdə artan gərginliyin regional və qlobal təhlükəsizliyə təsirlərini müzakirə ediblər.

Almaniya naziri İranın ölkəmizə qarşı həyata keçirdiyi dron hücumlarından narahatlığını ifadə edib, hücumları qətiyyətlə pisləyib, ölkəmizlə həmrəy olduğunu bildirib.

Almaniya naziri ölkəsinin vətəndaşlarının İrandan təxliyəsi istiqamətində göstərilən dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür edib.

zamanı həmçinin Azərbaycan–Almaniya ikitərəfli münasibətlərinin inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…