İsrail ordusunun Qəzza zolağına endirdiyi zərbələr nəticəsində son 24 saat ərzində ölən və yaralananların sayı açıqlanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, İsrail ordusunun son sutkada həyata keçirdiyi hücumlar nəticəsində 7 mülki şəxs həlak olub, 17 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bundan əlavə, əvvəlki hücumlar zamanı yaralanan 1 nəfər müalicə aldığı xəstəxanada vəfat edib.
Bildirilib ki, 10 oktyabr 2025-ci ildə qüvvəyə minən atəşkəs rejimindən bəri ölənlərin sayı 1092 nəfərə çatıb. Həmin dövrdə dağıntılar altından 799 nəfər çıxarılıb, 3507 nəfər isə yaralanıb.
Qeyd edək ki, 7 oktyabr 2023-cü ildən davam edən hərbi əməliyyatlar nəticəsində həyatını itirənlərin ümumi sayı 73 118, yaralananların sayı isə 173 615 nəfərə yüksəlib.