Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Səudiyyə Ərəbistanı və Bəhreyndə hava həyəcanı elan edildi

2 dəq
Paylaş:
Səudiyyə Ərəbistanı və Bəhreyndə hava həyəcanı elan edildi

Səudiyyə Ərəbistanının Dammam şəhərində hava həyəcanı siqnalları verilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının İdarəsi rəsmi hesabında məlumat yayıb.

Bildirilib ki, Dammam şəhərində hava həyəcanı siqnallarının işə düşməsi ilə əlaqədar sakinlərə sakitliyi qorumaq, rəsmi göstərişlərə əməl etmək və dərhal ən yaxın təhlükəsiz sığınacaqlara üz tutmaq tövsiyə olunub.

Rəsmi xəbərdarlıqda əhalidən təhlükə tam aradan qalxana qədər sığınacaqları tərk etməmələri, pəncərələrdən, balkonlardan və açıq ərazilərdən uzaq durmaları istənilib. Sürücülərə isə siqnal səsləndiyi halda körpülərdən və hündür binalardan uzaq, təhlükəsiz ərazilərdə dayanmaq tapşırılıb. Həmçinin vətəndaşlara hadisə yerlərində toplaşmamaq və görüntü çəkməmək barədə edilib.

Daha sonra Səudiyyə Ərəbistanının Mülki Müdafiə İdarəsi Dammam şəhərində təhlükənin aradan qalxdığını açıqlayıb. Bununla yanaşı, sakinlərə ayıq-sayıq olmaları, rəsmi göstərişlərə riayət etmələri və fövqəladə hallarda 911 nömrəli qaynar xəttə müraciət etmələri tövsiyə olunub.

Eyni zamanda, Daxili İşlər Nazirliyi də ölkə ərazisində həyəcan siqnallarının səsləndiyini bildirərək vətəndaşları və ölkədə yaşayan sakinləri sakit qalmağa, qaydalarına uyğun şəkildə ən yaxın sığınacaqlara getməyə çağırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax