Amerikalı politoloq Malek Dudakov ABŞ-nin İranla işgüzar münasibətlər aparan ölkələrə qarşı tarif siyasətini əsassız hesab edir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Dudakov news.ru-ya verdiyi açıqlamada bildirib ki, ABŞ Prezidenti Donald Trampın 25% tarif tətbiq etməsi əsasən İrana təzyiq göstərmək məqsədi daşıyır.
Analitik qeyd edib ki, yeni sanksiyalar mümkündür, lakin Tehrana qarşı onsuz da sərt mövqe olduğundan onların perspektivləri “qeyri-müəyyəndir”. Dudakov hərbi eskalasiyanı isə “son çarə” adlandırıb.
“Onlar həqiqətən də yeni əlavə tariflər tətbiq etməyə çalışırlar, baxmayaraq ki, bütün bunlar olduqca qəribə görünür. Mən bu təhdidləri daha çox Tramp administrasiyasının blefi kimi qiymətləndirərdim”, – deyə politoloq əlavə edib.
Dudakovun sözlərinə görə, Vaşinqton hazırda Yaxın Şərqdə hərbi mövcudluğunu artırmaq ehtiyacını nəzərə alaraq vəziyyəti gərginləşdirməyə çalışmır və hərbi müdaxilə ABŞ-nin qaçmaq istədiyi son addım olacaq.