Operativ Məlumat Mərkəzi

Tramp bəzi malların idxalına yeni tariflər tətbiq etdi

2 dəq
Paylaş:
Tramp bəzi malların idxalına yeni tariflər tətbiq etdi
ABŞ Prezidenti Donald Tramp müəyyən yarımkeçiricilərin və yarımkeçirici istehsal avadanlıqlarının idxalına 25% tarif tətbiq edib.“Operativ Məlumat...

ABŞ Prezidenti Donald Tramp müəyyən yarımkeçiricilərin və yarımkeçirici istehsal avadanlıqlarının idxalına 25% tarif tətbiq edib.

“Operativ Məlumat Mərkəzi-OMM” bu barədə Ağ Evin rəsmi saytına istinadən xəbər verir.

Müvafiq sərəncamda bildirilib ki, rüsumlar milli təhlükəsizliyin təmin edilməsi məqsədi ilə tətbiq olunur. Yeni tariflər yarımkeçiricilər istisna olmaqla, ABŞ-də çip istehsalının inkişafı, məlumat mərkəzlərində istifadə, elmi-tədqiqat və inkişaf fəaliyyəti, startaplar və mülki sənaye tətbiqləri üçün xaricdən idxal edilən müəyyən mallara şamil ediləcək.

Ağ Evdən verilən açıqlamada qeyd olunub ki, hazırda ABŞ-nin mövcud istehsal gücü milli müdafiə ehtiyaclarını və kommersiya sənayesinin artan tələbatını tam şəkildə ödəmək üçün kifayət etmir.

Məlumata görə, yeni tariflərin tətbiqi ölkə daxilində yarımkeçirici sənayesinin gücləndirilməsinə və strateji asılılıqların azaldılmasına yönəlib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər