Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Martda 28 dərəcə isti olacaq - PROQNOZ

4 dəq
Paylaş:
Martda 28 dərəcə isti olacaq - PROQNOZ

Bu ilin mart ayında ərazisində havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək proqnozlaşdırılır.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Ümumi proqnoza əsasən, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal edilir.

Bakı və Abşeronda mart havası: Temperatur yüksələcəkmi?

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 6-9 dərəcə isti olacağı gözlənilir. Bu göstərici iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Gecələr temperatur 4-9 dərəcə isti, bəzi günlərdə isə 3 şaxta ola bilər. isə hava isinəcək: 8-13 dərəcə, bəzi günlərdə isə hətta 20-25 dərəcə isti proqnozlaşdırılır. Aylıq normaya (20-27 mm) yaxın olacaq.

Naxçıvan MR: Kəskin temperatur fərqləri

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında orta aylıq temperaturun 7-10 dərəcə isti olacağı gözlənilir.

Gecələr temperaturun 2-7 dərəcə isti, bəzi günlərdə isə 2-7 dərəcə şaxta olması ehtimal edilir. Gündüzlər isə havanın temperaturu 19-24 dərəcəyədək yüksələcək. Yağıntı miqdarı norma daxilində (22-44 mm) gözlənilir.

Qarabağ və Şərqi Zəngəzurda hava şəraiti

Xankəndi, Şuşa, Xocalı, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında orta temperatur 3-7 dərəcə isti təşkil edəcək. Gecələr bəzi günlərdə 3-8 dərəcə şaxta, gündüzlər isə 18-23 dərəcə isti gözlənilir.

Şərqi Zəngəzur bölgəsində (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan) orta temperatur 4-8 dərəcə isti olacaq. Gecələr 4-9 dərəcəyədək şaxta müşahidə olunsa da, gündüzlər havanın 19-24 dərəcəyədək qızması ehtimalı var.

Qərb bölgəsi: Gəncə və Qazaxda yaz havası

Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz və ətraf rayonlarda orta aylıq temperatur 7-11 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Gecələr bəzi günlərdə 0-5 dərəcə şaxta ola bilər. Lakin gündüzlər havanın kəskin isinməsi və 20-25 dərəcə isti olması proqnozlaşdırılır. Yağıntının bəzi yerlərdə normadan (19-48 mm) çox olacağı gözlənilir.

Şimal və Şimal-Qərb rayonları

Şəki, Qəbələ, Quba, Qusar, Zaqatala və digər şimal rayonlarında orta temperatur 6-10 dərəcə isti olacaq.

Dağlıq ərazilərdə gecələr 10-15 dərəcə şaxta, gündüzlər isə 6-11 dərəcə isti gözlənilir. Aran hissədə isə gündüzlər temperatur 19-24 dərəcəyə çatacaq. Yağıntının miqdarının bəzi yerlərdə normadan (23-90 mm) çox olacağı ehtimal edilir.

Mərkəzi Aran: 28 dərəcəyədək isti gözlənilir

Yevlax, Mingəçevir, Kürdəmir, Sabirabad, Şirvan və digər mərkəzi rayonlarda mart ayı isti keçəcək. Orta temperatur 8-11 dərəcə isti olsa da, bəzi günlərdə termometrlər 23-28 dərəcə istini göstərəcək.

Gecələr temperatur 5-10 dərəcə isti, bəzi soyuq günlərdə isə 0-5 dərəcə şaxta ola bilər. Yağıntı normaya (24-45 mm) yaxın olacaq.

Cənub bölgəsi: Lənkəran və Astara

Masallı, Lənkəran, Astara, Lerik zonasında orta aylıq temperatur 6-9 dərəcə isti proqnozlaşdırılır.

Gecələr bəzi günlərdə 0-3 dərəcə şaxta, dağlarda isə 3-8 dərəcə şaxta müşahidə oluna bilər. Gündüzlər isə havanın 20-25 dərəcəyədək isinməsi gözlənilir. Aylıq yağıntı iqlim normasına (56-112 mm) yaxın olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax