Əsas məzmuna keç

Azərbaycanda faktiki hava: Güclü külək və yağış başladı

Azərbaycanda faktiki hava: Güclü külək və yağış başladı

Gəncədə fırtına, Şahdağda qar, bölgələrdə duman! Milli Hidrometeorologiya Xidməti Bakı və rayonlardakı son durumu açıqladı. Görünüş məsafəsi kəskin azalıb.

en ru

Azərbaycanda fevralın 27-si saat 15:00-a olan məlumatına əsasən, ölkə ərazisində yağıntılı və küləkli müşahidə olunur.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, bəzi yerlərdə şərq küləyi əsir. Küləyin maksimal sürəti Gəncədə 28, Naftalan və Şəmkirdə 24, Goranboyda 23, Culfa, eyni zamanda Bakıda və yarımadasında 21 m/s-dək güclənir.

Həmçinin Salyan, Sabirabad, Tovuz və Neftçalada 20, Salyan, Şəki və İsmayıllıda 18, Ağstafa, Qobustan və Hacıqabulda 16, Şamaxıda 15 m/s qeydə alınıb.

Naxçıvan, Şərur, Şahbuz, Culfa, Sədərək, Naftalan, Şabran, Qusar, Xaçmaz, Goranboy, Tərtər, Bərdə, Beyləqan, Lənkəran, Astara və Ağdamda yağır. Yüksək dağlıq ərazilər olan Xınalıq, Ordubad və Şahdağa isə qar düşür.

Daşkəsən, Sarıbaş (Qax), Qobustan, Quba, Qusar, Xızı, Qrız və Lerikdə duman müşahidə olunur, məsafəsi 500 metrədək məhdudlaşır.

Hava proqnozu

12° Bakıda indiBuludlu
  1. Bu gün Buludlu 12° 8°
  2. Sabah Arabir yağış 12° 10° yağış 33%
  3. Birisi gün Çiskin 11° 10° yağış 86%
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…