Fevralın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı proqnozlaşdırılır.
Milli Hidrometeorologiya Xidmətindən “Operativ Məlumat Mərkəzi-OMM” verilən məlumata əsasən, günün birinci yarısında yağıntıların bəzi yerlərdə intensivləşəcəyi və sulu qara keçəcəyi ehtimalı yüksəkdir.
Paytaxtda arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu həm gecə, həm də gündüz 1-5° isti təşkil edəcək.
Atmosfer təzyiqi yüksələrək 762 mm-dən 766 mm civə sütununa çatacaq. Nisbi rütubət isə 80-90% aralığında olacaq.
Azərbaycanın rayonlarında da hava şəraiti yağıntılı keçəcək, əsasən qar yağacağı gözlənilir. Bəzi ərazilərdə yağıntıların intensiv olacağı, şərq küləyinin isə arabir güclənəcəyi ehtimal edilir.
Temperatur dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə isə 10-15° şaxta olacaq. Gündüz dağlarda hava 0-5° şaxta təşkil edəcək.
Sürücülərin diqqətinə: Gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlaması gözlənilir.