Üç Afrika ölkəsinin - Mali, Niger və Burkina-Fasonun Silahlı Qüvvələri Malinin şimalında yaraqlılara qarşı hərbi əməliyyat keçirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Al Arabiya" məlumat yayıb.
Qeyd olunub ki, üç ölkənin orduları Malidəki yaraqlı mövqelərinə kütləvi hava zərbələri endirib.
Xatırladaq ki, 25 apreldə Malidə qanunsuz silahlı qruplar çevrilişə cəhd ediblər. Afrika Korpusunun bölmələri çevrilişin və kütləvi mülki itkilərin qarşısını alıblar.
Ölkənin keçid şurasının müdafiə komissiyasının vitse-prezidenti Fuseynu Uattara bildirib ki, Bamako Sahel Dövlətləri Konfederasiyasının birgə qüvvələrinin bir hissəsi olaraq Burkina-Faso və Niger ilə hərəkətləri əlaqələndirib.