Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Keniyada sirli hadisə - 16 filin kütləvi ölümü araşdırılır

2 dəq
Paylaş:
Keniyada sirli hadisə - 16 filin kütləvi ölümü araşdırılır

Keniyanın "Amboseli" Milli Parkı və ətraf ərazilərində fillərin qeydə alınıb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, bu barədə Kenya Yaban Həyatı (KWS) məlumat yayıb.

Məlumata görə, ilk ölüm faktı iyunun 24-də aşkarlanıb. Hazırda olan fillərin sayı 16-ya çatıb. Ölən heyvanların əksəriyyətinin dişi və bala fillər olduğu bildirilir.

İlkin müşahidələr zamanı fillərdə halsızlıq, qismən iflic və tənəffüs çətinliyi kimi əlamətlərin müşahidə edildiyi qeyd olunur. "Nairobi Universiteti"ndə aparılan laboratoriya analizlərində bəzi nümunələrdə siyanür izləri aşkarlanıb.

Bununla belə, rəsmilər hələlik ölümün dəqiq səbəbinin müəyyən edilmədiyini bildiriblər. Hazırda siyanürün mənbəyinin və hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Səlahiyyətli qurumlar bölgədə yoluxucu xəstəliyin yayılmasına dair heç bir əlamətin qeydə alınmadığını açıqlayıblar. Ərazidən götürülən su, torpaq və bitki nümunələri laborator müayinələrə cəlb olunub.

KWS nümayəndələri parkda baytarlıq nəzarətinin və patrul xidmətinin gücləndirildiyini, "Amboseli" Milli Parkının ziyarətçilər üçün təhlükəsiz olaraq fəaliyyətini davam etdirdiyini bildiriblər.

Qeyd edək ki, fermerlər fillərin ölümünün kənd təsərrüfatında istifadə olunan kimyəvi maddələrlə əlaqəli olması barədə iddiaları rədd edirlər. İstintaq çərçivəsində bəzi fillərin mədəsində pomidor qalıqlarının və analizlərdə siyanür izlərinin aşkarlanması əsas araşdırma istiqamətlərindən biri kimi qiymətləndirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax