Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ben Qurion hava limanını idarə etmək üçün sistem yaradılır

2 dəq
Paylaş:
Ben Qurion hava limanını idarə etmək üçün sistem yaradılır

İsrailin bir sıra dövlət qurumları və İsrail Ordusu Ben Qurion Hava Limanının raket və pilotsuz uçuş aparatları təhlükəsi şəraitində də fəaliyyətini davam etdirməsinə imkan verəcək koordinasiya mexanizmləri hazırlayır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı "The Jerusalem Post" mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, İsrail Hava Limanları İdarəsi, Nazirliyi və İsrail Müdafiə Ordusu təyyarələrin eniş və qalxışı üçün təhlükəsiz vaxt pəncərələrini dəqiq müəyyənləşdirən, eyni zamanda təhdidlərin monitorinqi, hava hərəkətinin idarə olunması və hava hücumundan müdafiə sistemlərinin fəaliyyətini əlaqələndirən unikal sistemi üzərində işləyir.

Qeyd olunub ki, sistem İsrailin mülki aviaşirkətlərində çalışan və əvvəllər Hərbi Hava Qüvvələrində xidmət etmiş pilotların təcrübəsinə əsaslanır.

Qəzetin yazdığına görə, bu amil koordinasiya və peşəkarlıq baxımından yüksək səviyyənin təmin olunmasına imkan verir.

Məlumata əsasən, hazırda əlavə qiymətləndirmə mərhələsində olan texnoloji həll vəziyyətinin pisləşəcəyi halda Ben Qurion hava limanının bağlanmasının qarşısını almağı hədəfləyir.

Həmçinin qeyd olunub ki, təhlükəsizlik infrastrukturu texniki baxımdan yüksək hazırlıq rejimi şəraitində belə sərnişin təyyarələrinin eniş və qalxışını təmin etməyə hazırdır.

Bununla yanaşı, qəzet vurğulayıb ki, əsas problem təhlükəsizlik sahəsində qeyri-müəyyənliyin davam etdiyi bir vaxtda xarici aviaşirkətləri İsrailə və İsraildən uçuşları davam etdirməyə razı salmaq olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax