İranın Qərbi Azərbaycan vilayətinin Piranşəhr rayonunda 4,2 maqnitudalı zəlzələ olub.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə AFAD (Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi) məlumat yayıb.
Qeyd olunub ki, zəlzələnin qeydə alındığı yer Şəmdinli (Hakkari) bölgəsindən 89.85 km məsafədədir.
Məlumata görə, yeraltı təkanın dərinliyi 10,23 km olub.