Operativ Məlumat Mərkəzi

İran bəzi iğtişaşçılarla bağlı məhkəmə proseslərini açıq saxlayacaq

1 dəq
Paylaş:
İran bəzi iğtişaşçılarla bağlı məhkəmə proseslərini açıq saxlayacaq
İran baş hakimi Qulam Hüseyn Möhsəni-Ejei iğtişaşların bəzi əsas iştirakçıları üçün açıq məhkəmə iclasları keçirəcəyinə söz verib.“Operativ Məlumat...

İran baş hakimi Qulam Hüseyn Möhsəni-Ejei iğtişaşların bəzi əsas iştirakçıları üçün açıq məhkəmə iclasları keçirəcəyinə söz verib.

“Operativ Məlumat Mərkəzi-OMM” bu barədə Mehr agentliyinə istinadən xəbər verir.

Möhsəni-Ejei bildirib: “Son iğtişaşların bəzi əsas iştirakçılarının məhkəmə proseslərinin açıq keçirilməsi və media tərəfindən işıqlandırılması üçün tədbirlər görmək niyyətindəyik”.

Məlumata görə, baş hakim şəxsən Tehrandakı həbsxanalardan birinə baş çəkərək orada vəziyyəti və məhbusların işlərini beş saat ərzində araşdırıb.

Bundan əvvəl İran polisi iğtişaşlarda iştirak etməkdə və təhlükəsizlik qüvvələrinə hücum etməkdə ittiham olunan təxminən 300 nəfərin saxlanıldığını açıqlamışdı.

Bu xəbəri paylaş

Oxşar xəbərlər