İranda internet kəsintisinin 54 gündür davam etdiyi bildirilir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə internetin monitorinqi ilə məşğul olan "NetBlocks" şirkəti məlumat yayıb.
Bildirilib ki, ölkədə internetə çıxışda məhdudiyyətlər çərşənbə günü 54-cü gününə daxil olub və qlobal şəbəkələrə ümumilikdə 1272 saatdan çox fasilə qeydə alınıb.
"NetBlocks"un açıqlamasında qeyd olunub ki, davam edən məhdudiyyətlər qeyri-mütənasib xarakter daşıyır və bu, ölkədə insan hüquqları sahəsində baş verən pozuntuların gizlədilməsinə xidmət edə bilər.