Əsas məzmuna keç

Cənubi Koreya İspaniyaya özüyeriyən artilleriya qurğuları tədarük edəcək

Cənubi Koreya İspaniyaya özüyeriyən artilleriya qurğuları tədarük edəcək

Hanwha Aerospace və Indra Sistemas arasında imzalanan razılaşma ilə K9 sistemləri Qərbi Avropa bazarına daxil olur. Bu hərbi ixracın detalları nələrdir?

en ru

Cənubi Koreyanın müdafiə sənayesi şirkəti "Hanwha " ilə İspaniyanın müdafiə şirkəti "Indra Sistemas" arasında K9 artilleriya qurğularının tədarükünə dair saziş imzalanıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, "Hanwha Aerospace" nəzarət orqanlarına təqdim etdiyi hesabatda "Indra Sistemas" ilə müqavilə imzaladığını açıqlayıb, lakin sənəddə müqavilənin ümumi dəyəri və qrafiki barədə məlumat verilməyib.

Məlumata görə, müqavilə üzrə ilkin ödəniş ümumi məbləğin 20 faizini təşkil edəcək. Daha 5 faizlik ödənişin isə ilin sonunadək "Hanwha Aerospace"in hesabına köçürülməsi gözlənilir.

İspaniya ilə bağlanan saziş "Hanwha Aerospace" üçün Qərbi Avropada ilk müqavilə olacaq. Bununla da K9 özüyeriyən artilleriya sistemlərinin ixrac edildiyi ölkələrin sayı 11-ə çatacaq.

Hazırda K9 sistemləri Avstraliya, Hindistan, Misir, Norveç, Polşa, , Rumıniya, , Finlandiya və Estoniyaya tədarük edilib.

2025-ci ildə Cənubi Koreya Vyetnamın da 20 ədəd K9 almaq barədə razılaşma imzaladığını bildirmişdi.

2023-cü ildə isə "Hanwha Aerospace" Rumıniya Silahlı Qüvvələri üçün K9 özüyeriyən artilleriya qurğularının tədarükü üzrə tenderin qalibi olub. Müqavilənin dəyəri 940 milyon dollar təşkil edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…