Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran XİN ABŞ ilə diplomatik həll üçün əsas şərtini açıqladı

2 dəq
Paylaş:
İran XİN ABŞ ilə diplomatik həll üçün əsas şərtini açıqladı

"ABŞ ilə milli maraqlara uyğun olarsa, danışıqlar mümkündür".

“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi açıqlama verib.

Bildirilib ki, Bəqayi İranın ABŞ ilə münasibətlərdə münaqişənin yalnız milli maraqlara uyğun olduğu halda diplomatik yolla həll ediləcəyini qeyd edib.

O vurğulayıb ki, diplomatiya İran üçün milli maraqların və təhlükəsizliyin təmin olunması vasitəsidir və bu istiqamətdə yalnız uyğun şərait yarandıqda addım atacaq.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranla atəşkəsi uzatdığını açıqlayıb və təkliflərinin təqdim olunmasını gözlədiklərini bildirib.

Bəqayi əlavə edib ki, İran həm siyasi, həm də vəziyyəti diqqətlə izləyir və silahlı qüvvələr istənilən təhdidə qarşı hazır vəziyyətdədir.

O həmçinin Pakistanın vasitəçilik səylərinə görə təşəkkür edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax