Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İordaniyada Dünya Çempionatı azarkeşlərinin izdihamı faciə ilə nəticələndi

2 dəq
Paylaş:
İordaniyada Dünya Çempionatı azarkeşlərinin izdihamı faciə ilə nəticələndi

İordaniyanın paytaxtı Amman şəhərində, ölkənin ilk dəfə iştirak etdiyi çərçivəsində keçirilən - matçı zamanı xoşagəlməz hadisə qeydə alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Haşimi meydanında oyunu birgə izləmək üçün minlərlə azarkeş arasında matçın gedişatında kütləvi sıxlıq yaranıb.

İordaniyanın 2-1 hesabı ilə məğlub olduğu qarşılaşma zamanı meydandakı insan axını idarəolunmaz hala çatıb.

Hadisə yerinə dərhal təcili tibbi yardım briqadaları cəlb edilib. Rəsmi məlumatlara görə, sıxlıq nəticəsində xəsarət alan 9 nəfər dərhal xəstəxanalara çatdırılıb.

Təəssüf ki, həkimlərin səylərinə baxmayaraq, onlardan biri aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib. Digər 8 nəfərin vəziyyətinin isə yüngül və orta ağır olduğu bildirilir.

Hazırda yerli hakimiyyət orqanları və hüquq-mühafizə qüvvələri hadisənin dəqiq səbəblərini araşdırmaq üçün təhqiqatlara başlayıb. Meydanda yaranan həddindən artıq sıxlığın qaydalarına riayət olunmaması və ya kütlənin gözləniləndən çox olması ilə bağlı olub-olmadığı müəyyənləşdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax