İndoneziyada Dukono vulkanının püskürməsi nəticəsində 2 alpinist həlak olub.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "Detik" portalı məlumat yayıb.
Bildirilib ki, onlar Çin və Sinqapur vətəndaşlarıdır.
Vulkanın yaxınlığında 20-yə yaxın insan qalıb. Xilasetmə xidmətləri ərazidə əməliyyat həyata keçirir.
***
İndoneziya hökuməti Halmahera adasında Dukono vulkanın püskürməsindən sonra 20 turistin axtarışını aparır.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Reuters" agentliyinə yerli xilasetmə xidmətinin nümayəndəsi bildirib.
Məlumata görə, turistlərdən 9-u Sinqapur vətəndaşıdır, digərləri isə indoneziyalılardır.
Bu gün Şimali Maluku əyalətində yerləşən Dukono vulkanının püskürməsi baş verib. Püskürmə nəticəsində vulkan külü 10 km (6,21 mil) hündürlüyə qədər qalxıb.