Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İçərişəhərdə elmi tədqiqatlar bərpa olunur

2 dəq
Paylaş:
İçərişəhərdə elmi tədqiqatlar bərpa olunur

Uzunmüddətli fasilədən sonra “İçərişəhər” qoruqlarında yenidən elmi-tədqiqat işlərinin başlanması üçün mühüm addım atılıb. Bu təşəbbüs Azərbaycanın abidələrinin öyrənilməsində yeni bir mərhələnin başlanğıcı ola bilər.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM"-ə Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib.

İçərişəhər və Qala Qoruqlarında Hansı Elmi Tədqiqatlar Planlaşdırılır?

Bildirilib ki, fevralın 27-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud və AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu ərazisindəki tarixi abidələrə baxış keçiriblər.

Hər iki qurum arasında elmi tədqiqatların aparılması barədə birgə razılaşmasına əsasən, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun arxeoloji tədqiqatlara cəlb edilməsinin mərhələli "yol xəritəsi"ni ehtiva edən ilkin fəaliyyət layihəsi müzakirə edilib.

Həmçinin, elmi tədqiqatların "yol xəritəsi" layihəsi təşəbbüsündə İçərişəhərdəki tarixi abidələrdə arxeoloji tədqiqatların aparılması mövzusu üzrə hər iki qurum arasında görüşlərin intensivləşməsi barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təklifləri də yer alıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax