Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

MİQ-in müsahibə mərhələsinin nəticələri - Açıqlandı

3 dəq
Paylaş:
MİQ-in müsahibə mərhələsinin nəticələri - Açıqlandı

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumat yayıb.

Bildirilib ki, müsahibə mərhələsində qazanan 10 sentyabr saat 18:00-dək zəruri sənədləri aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər:

“Təqdim edilməli sənədlər:

• şəxsiyyəti edən sənədin surəti;

• ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti;

• əmək kitabçasının əsli (olduğu təqdirdə);

• 4 ədəd 3x4 formatında fotoşəkil;

• sağlamlıq haqqında arayış;

• kadrlar uçotunun şəxsi vərəqəsi;

• şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış.

Nəzərinizə çatdırırıq ki, çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşdiriləcək. Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışın təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur.

Çıxarışını təsdiq etdirməyən, eləcə də müsahibə mərhələsində uğur qazandıqdan sonra tutduğu vakant yerdən imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmayacaq.

Qeyd edək ki, müsahibə mərhələsində uğur qazanmayan namizədlər 7 sentyabr saat 11:00-dan 8 sentyabr saat 11:00-dək şəxsi səhifələri vasitəsilə apellyasiyaya müraciət edə bilərlər. Apellyasiya müraciətləri yalnız formada qəbul ediləcək.

Müsahibələrin onlayn formatda təşkili nəzərdə tutulur. Bununla əlaqədar namizədlər şəxsi səhifələrinə daxil olaraq müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanını müvafiq xanaya qeyd etməli və iştiraklarını təsdiqləməlidirlər. Elektron poçt ünvanını düzgün qeyd etməyən və elektron ərizəsini təsdiqləməyən namizədlərin apellyasiya müraciəti təmin olunmayacaq”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə