Əsas məzmuna keç

Bağçalara qəbul müvəqqəti dayandırılır

Bağçalara qəbul müvəqqəti dayandırılır

Məktəbəqədər təhsil müəssisələrinə qeydiyyat prosesində fasilə yarandı. Elm və Təhsil Nazirliyinin qərarı valideynlərə necə təsir edəcək? Prosesin bərpa vaxtı və detalları...

en ru

təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi üzrə növbələrin yaradılması 19 may tarixindən müvəqqəti dayandırılır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Sözügedən tarixdən etibarən bq.edu.az portalı vasitəsilə həyata keçirilən yeni növbələrin yaradılması prosesi müvəqqəti olaraq dayandırılacaq.

Bununla yanaşı, fasilə müddətində sistemdə olan, lakin hələ təsdiqlənməmiş sorğular silinəcək.

Qeyd edək ki, bq.edu.az vasitəsilə növbəti tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə qəbul ilə bağlı geniş məlumat yaxın zamanda ictimaiyyətə təqdim ediləcəkdir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…