Əsas məzmuna keç

Məktəb direktoru müavinləri üçün elektron qeydiyyat başlayıb

Məktəb direktoru müavinləri üçün elektron qeydiyyat başlayıb

Təhsil Nazirliyi vakant rəhbər vəzifələr üçün sənəd qəbulunu elan edib. Namizədlər MİQ çərçivəsində keçirilən müsabiqənin detallarını buradan öyrənə bilərlər.

en ru

Avqustun 24-də dövlət ümumi təhsil müəssisələrində direktor müavini vəzifələrinə işə qəbul üzrə elektron sənəd qəbulu mərhələsinə başlanılacaq.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, avqustun 24-də saat 15:00-dan etibarən təlim-tərbiyə işləri üzrə direktor müavini və digər profillər üzrə direktor müavini vəzifəsi olan dövlət ümumi təhsil müəssisələrinə işə qəbul üzrə elektron başlayacaq.

Namizədlər avqustun 27-si saat 15:00-dək miq.edu.az/muavin vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər.

Müsabiqə seçim və müsahibə mərhələlərindən ibarət olacaq. Seçim mərhələsində namizədlərin təqdim etdiyi məlumat və sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra onlar müsahibə mərhələsinə buraxılacaqlar. Namizədlər müsahibə mərhələsinə qaydalara uyğun olaraq ardıcıllıq əsasında dəvət ediləcəklər

Müsahibə zamanı namizədlərin liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, həmçinin sosial və emosional bacarıqları qiymətləndiriləcək.

Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərlə əmək münasibətləri qanunvericilikdə müəyyən olunmuş qaydada rəsmiləşdiriləcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…