Əsas məzmuna keç

Şagirdlərin yerdəyişməsi başladı: sy.edu.az portalı aktivdir

Şagirdlərin yerdəyişməsi başladı: sy.edu.az portalı aktivdir

sy.edu.az portalında məktəblilərin köçürülməsinə start verildi. 1-10-cu siniflər üçün müraciət qaydaları və 9-cu siniflər üzrə son tarix barədə vacib detallar burada.

en ru

2025-2026-cı ilinin ikinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi artıq başlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu həm məktəbəhazırlıq qruplarını, həm də 1-10-cu sinifləri əhatə edir.

Müraciətlər rəsmi www.sy.edu.az portalı vasitəsi ilə elektron formada həyata keçirilir.

Vacib məqam ondan ibarətdir ki, bu gündən etibarən 11-ci siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq.

Həmçinin, buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq, 9-cu üzrə yerdəyişmə prosesi martın 5-i saat 18:00-da dayandırılacaq və tədris ilinin sonunadək aktiv edilməyəcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…