Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkənin dövlət və hökumət başçılarının iştirakı ilə növbəti Liderlər Zirvəsi keçiriləcək.
“Operativ Məlumat Mərkəzi-OMM” xarici KİV-ə istinadən xəbər verir ki, iclasın rəhbərliyini Aİ Şurasının sədri Antonio Koşta həyata keçirəcək.
Tədbirdə Aİ Komissiyasının sədri Ursula von der Leyen və Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas da iştirak edəcəklər.
Görüşün proqramına əsasən, liderlər ilk olaraq Avropa Parlamentinin (AP) sədri Roberta Metsola ilə fikir mübadiləsi aparacaqlar. Daha sonra iclas Ukrayna Prezidenti Volodimir Zelenskinin qatılacağı xüsusi sessiya ilə davam edəcək. Bu sessiyada əsas diqqət Ukrayna və Moldovanın Aİ-yə üzvlük prosesindəki irəliləyişlərə və müzakirəyə açılacaq ilk fasıl küçələrinə yönəldiləcək.
Gündəliyin digər mühüm hissəsini isə Rusiyaya qarşı tətbiq olunması nəzərdə tutulan yeni sanksiyalar təşkil edir. Bununla yanaşı, Avropa liderləri Ukraynaya göstərilən maliyyə və hərbi dəstəyin davam etdirilməsi məsələlərini də ətraflı şəkildə müzakirə edəcəklər.