Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İşsizlərin məşğulluğu üçün süni intellekt əsaslı xidmətlər yaradılır

1 dəq
Paylaş:
İşsizlərin məşğulluğu üçün süni intellekt əsaslı xidmətlər yaradılır

İşaxtaran və işsiz şəxslərin məşğulluğunun təmin edilməsi prosesində süni intellektə xidmətlərin yaradılması planlaşdırlır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İlham Əliyevin təsdiqlədiyi "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı"nda qeyd olunub.

Məqsəd süni intellektə əsaslanan xidmətlərdən yararlanan şəxslərin sayının artırılmasıdır.

Bildirilib ki, müvafiq sahə ilə bağlı təkliflər hazırlanmalıdır.

Bundan başqa, plana əsasən sözügedən müddətdə "Peşələr üzrə elektron atlas" informasiya sisteminın yaradılması nəzərdə tutulur. Məqsəd işsiz və işaxtaran şəxslərin bazarında mövcud olan peşələrlə bağlı bilik və bacarıqlarının artırılması və uyğun karyera imkanlarının genişlənməsidir.

Proqramın icrası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax