Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində fəaliyyət göstərən xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına verilən əlavələrin müddəti artırılıb.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, sözügedən əməkhaqqı əlavələri 2026-cı il aprelin 1-dək qüvvədə olacaq.
Qeyd olunur ki, əvvəlki qərara görə bu müddət 2026-cı il yanvarın 1-dək nəzərdə tutulmuşdu.