ABŞ-nin Vitse-prezidenti C.D. Vens özünü maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı “bir növ sui-qəsd nəzəriyyəçisi” adlandırıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "MS NOW" məlumat yayıb.
Epşteyn işi ilə bağlı məxfi sənədlərin açıqlanmasına dair sualları cavablandıran Vance bu mövzuda dərc olunan və onu “sui-qəsd nəzəriyyəçisi” kimi xarakterizə edən "The New York Times" məqaləsinə istinad edib.
“Düzünü desəm, mən bir növ sui-qəsd nəzəriyyəçisiyəm. Pedofil olan bu adamın bir dəstə çox varlı və güclü insanla vaxt keçirməsi dəlilikdir”, - deyə Vitse-prezident bildirib.
Vens qeyd edib ki, o, Epşteyn işi ilə bağlı keçirilən görüşlərdə şəxsən iştirak edib və bu məsələdə maksimum şəffaflığın tərəfdarıdır.
O, həmçinin Ağ Evin bəzi materialları qəsdən gizlətdiyinə dair iddiaları rədd edib.
Vitse-prezidentin sözlərinə görə, açıqlanmayan sənədlər əsasən məhkəmə prosesləri ilə əlaqədardır və məhkəmənin təsdiqi olmadan onların yayımlanması mümkün deyil.
Vens əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp vaxtilə Epşteynlə əlaqələrini kəsib, onu öz klubundan uzaqlaşdırıb və məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verib.