Əsas məzmuna keç

Trampa sui-qəsd şübhəlisi necə tutuldu? - Yeni təfərrüatlar

Trampa sui-qəsd şübhəlisi necə tutuldu? - Yeni təfərrüatlar

Vaşinqton Hilton otelində Kol Tomas Allenin törətdiyi atışmanın şok detalları. Məxfi Xidmət agentlərinin tərksilah etdiyi 31 yaşlı şübhəli necə saxlanılıb?

en ru

ABŞ Xidmətinin agentləri ABŞ Prezidenti Trampa sui-qəsd cəhdində ittiham olunan Kol Tomas Alleni qaçarkən saxlayıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "CBS News" hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, şübhəli hadisə zamanı tüfəngdən atəş açdıqdan sonra qaçmağa çalışarkən büdrəyərək yıxılıb və bu zaman ABŞ Məxfi əməkdaşları tərəfindən saxlanılıb. Agentlər onu dərhal tərksilah edib və üzərində partlayıcı maddə olmadığını yoxlamaq üçün köynəyini çıxarıblar.

Bildirilib ki, hadisə aprelin 25-də Vaşinqtondakı otelində keçirilən Ağ Ev Müxbirləri Assosiasiyasının illik qəbulu zamanı baş verib. Tədbirdə yüksək rütbəli rəsmilərin iştirakı zamanı atışma qeydə alınıb və Məxfi Xidmətin bir əməkdaşı yaralanıb.

Məlumata əsasən, 31 yaşlı Allen daha əvvəl həmin oteldə otaq sifariş edib və odlu silahı gizli şəkildə içəri keçirə bilib.

Qeyd olunur ki, o, ABŞ Prezidentinə sui-qəsd cəhdində, ağır cinayət törətmək niyyəti ilə silah və sursat daşımaqda, eləcə də zorakı cinayətdə odlu silahdan istifadə etməkdə ittiham olunur.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…