"ABŞ qoşunlarının Avropada yenidən yerləşdirilməsinin planlaşdırılması bir neçə həftə çəkə bilər".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib.
Bu proses Amerika ordusu tərəfindən yaxın günlərdə və həftələrdə həyata keçiriləcək”, - nazir bildirib.
Kosinyak-Kamış bir daha vurğulayıb ki, Pentaqonın açıqlamasına əsasən, amerikalı hərbçilərin rotasiyasındakı gecikmə Polşadakı kontingentin azalması demək deyil.
Nazir həmçinin bildirib ki, ABŞ qoşunlarının Avropada yenidən qruplaşdırılması nəticəsində Polşada daimi Amerika hərbi iştirakının sayı artacaq.
Bir gün əvvəl ABŞ müdafiə nazirinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell qeyd etmişdi ki, ABŞ Avropa ölkələrində yerləşdirilmiş briqada döyüş qruplarının sayını dörddən üçə endirib.
Parnell əlavə edib ki, Avropadakı Amerika qoşunlarının sayının azaldılması qərarı ABŞ qüvvələrinin Polşaya köçürülməsində gecikməyə səbəb olacaq.