Əsas məzmuna keç

İtaliya ABŞ təyyarələrinin hərbi bazaya enişinə icazə vermədi

İtaliya ABŞ təyyarələrinin hərbi bazaya enişinə icazə vermədi

Müdafiə naziri Guido Crosetto Siqonella bazası ilə bağlı Vaşinqtonun planını rədd etdi. Yaxın Şərqə uçan təyyarələrlə bağlı gizli qalan gərginliyin şok detalları.

en ru

İtaliyanın Crosetto ABŞ-nin Yaxın göndərdiyi bəzi təyyarələrin Siciliya adasındakı Siqonella Hərbi Hava Bazasından istifadə etməsinə icazə verməyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, nazir ABŞ-yə məxsus bəzi təyyarələrin Yaxın Şərqə getməzdən əvvəl Siqonella Hərbi Hava Bazasına eniş etməsini nəzərdə tutan uçuş planı ortaya çıxdıqdan sonra bu təyyarələrin bazadan istifadə etməsinə icazə verməyib.

İtaliya Baş Qərargah rəisi, ordu generalı Luciano Portolano Krosettoya zəng edərək İtaliya Hərbi Hava Qüvvələrindən aldığı məlumatı çatdırıb. Məlumata görə, bir neçə təyyarəsinin uçuş planında hərbi bazaya eniş və daha sonra Yaxın Şərqə uçuş nəzərdə tutulurdu.

Həmin təyyarələrin bazaya enişi ilə bağlı heç kimin rəsmi icazə istəmədiyi və ya İtaliya Baş Qərargahı ilə məsləhətləşmədiyi, uçuş planının isə təyyarələr artıq havada olarkən təqdim edildiyi bildirilib.

İlkin yoxlamalar nəticəsində bu təyyarələrin adi və ya logistik uçuş həyata keçirmədiyi və buna görə də İtaliya ilə ABŞ arasındakı ikitərəfli razılaşma çərçivəsindən kənarda qaldığı təsdiqlənib.

Hadisənin bir neçə gün əvvəl baş verdiyi və indiyədək gizli saxlanıldığı qeyd olunub.

İtaliyanın ANSA agentliyi də mənbələrin bu xəbəri təsdiqlədiyini bildirib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…