İranlı rəsmi şəxs Kermanpur ABŞ tərəfindən həyata keçirilən hərbi əməliyyatlarla bağlı açıqlama yayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Kermanpur sosial media hesabında paylaşdığı məlumatda ABŞ qüvvələrinin 2026-cı il iyulun 8-i və 9-u tarixlərində İranın 5 müxtəlif əyalətini hədəf aldığını bildirib.
Məlumata görə, əməliyyatlar nəticəsində 14 nəfər həyatını itirib, 78 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Bildirilib ki, yaralanan şəxslərdən 47-sinin xəstəxanalarda müalicəsi davam edir. Digər zərərçəkənlərə ilkin tibbi yardım göstərildikdən sonra onların evə buraxıldığı qeyd olunub.