Əsas məzmuna keç

SEPAH Yaxın Şərqdə bir sıra hədəflərə zərbələr endirib

SEPAH Yaxın Şərqdə bir sıra hədəflərə zərbələr endirib

İranın hərbi qüvvələri Suriya, Küveyt və Omanda yerləşən ABŞ-a məxsus hərbi obyektləri hədəfə alıb.

en ru

İranın İslam İnqilabı Keşikçiləri Korpusu () ABŞ-nin Yaxın Şərqdəki hərbi obyektlərinə qarşı əməliyyat keçirdiyini açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, İranın rəsmi xəbər agentliyi “IRNA”nın məlumatına görə, hücumlar regionda həyata keçirilən cavab tədbirləri çərçivəsində baş tutub.

Bildirilib ki, əməliyyat zamanı Suriyada yerləşən xüsusi təyinatlı qüvvələrinin komanda mərkəzi, Küveytdəki silah anbarları və raket buraxılış qurğuları, eləcə də Omandakı radar sistemləri hədəfə alınıb.

İran tərəfi hücumların ABŞ-nin regiondakı hərbi infrastrukturuna qarşı cavab xarakterli olduğunu bildirib. Hazırda ABŞ və müttəfiq ölkələrin rəsmi qurumları ilə bağlı iddialara dair geniş açıqlama yayılmayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…